“Netanyahu və Qalantın həbsinə order verilməsi absurd qərardır”- İsrail Prezidenti

“Netanyahu və Qalantın həbsinə order verilməsi absurd qərardır”.

Azpost.info xəbər verir ki, bunu İsrail prezidenti İsaak Hersoq Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və Qalantın həbsinə order verməsini şərh edərkən bildirib.

Qeyd edək ki, bu gün Haaqada yerləşən Beynəlxal Cinayət Məhkəməsi İsrail Baş naziri Binaymin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.

20 may 2024-cü ildə BCM-nin prokuroru Kərim Xan Məhkəmədən Netanyahu və Qalantın həbsinə order verilməsini istəyib. Onun sözlərinə görə, prokurorlar ən azı 2023-cü il oktyabrın 8-dən Qəzza zolağında törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə onların məsuliyyət daşıdığını göstərən sübutlar toplayıb.

İsrail tərəfinin bu tələblərə etirazı nəticəsiz qalıb.

Azpost.info

Əvvəlki məqalə

Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və siyahıdan çıxarılma qaydası

Sonrakı məqalə

Növbəti il dəfn müavinəti üzrə xərclərin 7,5% artacağı proqnozlaşdırılır