Netanyahu xəstəxanadan evə buraxılıb

İsrailin Baş naziri Binyamin Netanyahu Təl-Əviv yaxınlığındakı xəstəxandan evə buraxılıb.

Azpost.info xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb.

O, kardiostimulyator quraşdırdıqdan sonra xəstəxanada bir gündən çox olub.

“Netanyahu Tel ha-Şomer Xəstəxanasının Şeba Mərkəzində ürək stimulyatoru taxdırıb. Həkimlər onun vəziyyətini yaxşı qiymətləndirdikdən sonra Netanyahu özünü yaxşı hiss etdiyini bildirib. O, bu gün, iyulun 24-də ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatları ilə bağlı qanun layihələrindən birinin planlaşdırılmış müzakirəsi üçün Knessetə gələcəyini bildirib”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Ukrayna-NATO Şurası təcili iclas çağırıb

Sonrakı məqalə

Ötən 6 ayda ölkədən 348 min ton meyvə-tərəvəz ixrac edilib –