Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Nevroloq beynin fəaliyyətini gücləndirən 5 əsas qidanı açıqladı

Orkhan Ali 10 Oktyabr 2025 - 19:00 (Last updated: 10 Oktyabr 2025 - 17:53)
1

Beyin orqanizmin ən çox enerji tələb edən orqanıdır və gündəlik olaraq bədənin təxminən 20 faiz resursunu istifadə edir. AzPost xəbər verir ki, buna görə də onun sağlam fəaliyyəti üçün düzgün və balanslı qidalanma mühüm rol oynayır.

Nevroloq İqor Matsokin beynin işini yaxşılaşdırmaq, yaddaşı və diqqəti artırmaq üçün gündəlik menyuda mütləq yer almalı beş əsas qida qrupunu açıqlayıb.

Birinci yerdə parlaq rəngli meyvə və tərəvəzlər dayanır – xüsusilə sitrus meyvələri, giləmeyvələr, ispanaq və yerkökü. Bu qidalar antioksidantlarla – C, E, A vitaminləri və flavonoidlər ilə zəngindir və beyin hüceyrələrini oksidləşmədən qoruyur.

İkinci qrupda yağlı balıqlar – qızılbalıq, skumbriya və siyənək yer alır. Onlar omega-3 yağ turşularının əsas mənbəyidir və bu maddələr neyronların membranlarını möhkəmləndirərək sinir impulslarının ötürülməsini yaxşılaşdırır.

Üçüncü faydalı qida qrupu tam taxıllar və paxlalılardır – yulaf, qarabaşaq, bulqur və kinoa. Onların tərkibindəki mürəkkəb karbohidratlar beyni sabit enerji ilə təmin edir və qan şəkərinin kəskin dəyişməsinin qarşısını alır.

Dördüncü sırada yaşıl yarpaqlı tərəvəzlər, yumurta, qaraciyər və qoz-fındıq dayanır. Bu məhsullar B qrupu vitaminləri ilə zəngindir ki, bu vitaminlər neyromediatorların sintezi və sinir hüceyrələrinin qorunması üçün həyati əhəmiyyət daşıyır.

Nəhayət, beyin sağlamlığının ən sadə, lakin çox vacib elementi – sudur. Mütəxəssisin sözlərinə görə, hətta yüngül susuzlaşma belə konsentrasiyanı və yaddaş gücünü zəiflədir.

İqor Matsokin qeyd edir ki, düzgün qidalanma təkcə yaddaş və diqqəti artırmır, həm də uzunmüddətli perspektivdə demensiya və Alzheimer kimi xəstəliklərin riskini azalda bilər.

AzPost.az

Post navigation

Previous: Dünyada 70-dən çox ölkə ölüm cəzasını tətbiq edir
Next: Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

Oxşar xəbərlər

badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
amazonka tayfa
  • Maraqlı

Meşədə insanlardan gizli yaşayan qəbilə kömək istədi – Səbəb nədir?

User 18 Noyabr 2026 - 15:26
sehra qum
  • Maraqlı

Qum təpələrinin sirri açıldı – Marsın və Yerin keçmiş iqlimi araşdırılır

User 18 Noyabr 2026 - 10:31

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.