Nigar Arpadarai istefa verir- Açıqlama

Nigar Arpadarai Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri vəzifəsindən istefa verəcək.

Bu barədə “Report”a BŞH rəsmisinin özü məlumat verib. N.Arpadarai Milli Məclisə deputat seçilməsi ilə əlaqədar postunu tərk edəcəyini bildirib.

Qeyd edək ki, Nigar Arpadarai Bakıda “Formula 1” üzrə ilk Qran-prinin keçirildiyi 2016-cı ildən BŞH-də Marketinq və kommunikasiya şöbəsinin rəhbəri kimi çalışır. O, 29 saylı Səbail seçki dairəsindən deputat seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Suriyada Rusiya və Türkiyə arasında qarşıdurma riski yaranıb”

Sonrakı məqalə

Dövlət Komitəsi Tərtərdə anası tərəfindən işğəncəyə məruz qalan uşağı nəzarətə götürüb