Niger ABŞ-ı çıxarıb Rusiyanı gətirir- Hərbi baza qurula bilər

Niger ölkə ərazisində tamhüquqlu Rusiya hərbi bazasını yerləşdirməyə hazırdır.

Azpost.info xəbər verir ki, bu barədə “İzvestiya” yazıb.

“Biz tam hüquqlu Rusiya hərbi bazasında maraqlıyıq, onu qəbul etməyə hazırıq”, – fəxri konsul bildirib.

Onun sözlərinə görə, Niger bununla terror aktlarının sayını azaltmaq istəyir.

İyunun 8-də Niger ABŞ qoşunlarının ölkədən çıxarılmasına başladığını elan edib. ABŞ kontingentinin çıxarılması ilə bağlı razılıq mayın ortalarında əldə olunub. 2023-cü ilin sonunda Nigerdə təxminən 1100 ABŞ hərbi qulluqçusu var idi və onların əksəriyyəti Aqadez yaxınlığındakı hava qüvvələri bazasında yerləşdirilmişdi. Artıq 269 hərbi qulluqçu və 946 ton hərbi texnika Nigeri tərk edib.

Azpost.info

Əvvəlki məqalə

May ayında ölkədə 3884 qız, 4656 oğlan doğulub –

Sonrakı məqalə

Ermənistan KTMT-yə üzvlük haqqı ödəmkdən imtina edir