Nigerin devrilmiş prezidenti Rusiyanı ittiham etdi- ABŞ-dan kömək istədi

Hərbi çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılan Niger prezidenti Məhəmməd Bazum ölkədə konstitusiya quruluşunun bərpası üçün ABŞ və dünya ictimaiyyətinə müraciət edib.

Azpsot.info xəbər verir ki, Bazum bu barədə “The Washington Post” qəzetinin köşə yazısında bildirib.

Prezident yazıda özünü girov adlandırır və çevrilişin ölkə, region və bütün dünya üçün dağıdıcı nəticələrinin olacağını bildirir.

Onun sözlərinə görə, üsyançılar öz hərəkətlərini iqtisadi və sosial islahatların, ABŞ və Avropa ölkələri ilə tərəfdaşlığın Nigerə zərər vurması ilə əsaslandırırlar.

Bazum 2022-ci ildə ÜDM artdığını, müəllimlər və işçilər tərəfindən tətillərin olmadığını deyib. O, həmçinin qeyd edib ki, Qərb dövlətlərinin dəstəyi ilə Nigerdə təhlükəsizlik vəziyyəti yaxşılaşıb.

Bazum Nigerdəki çevrilişə dəstək verən qonşu Mali və Burkina Faso hakimiyyətini qınayıb. Onun sözlərinə görə, bu ölkələr öz vətəndaşlarının hüquq və ləyaqətinə xələl gətirərək cinayətkar rus muzdlularını işə götürürlər.

“Bütün mərkəzi Sahel bölgəsi amansız terrorunu Ukraynada tam şəkildə göstərən “Vaqner” qruplaşması vasitəsilə Rusiyanın təsiri altına düşə bilər”, – Bazum bildirib.

Azpsot.info

Əvvəlki məqalə

“Türkiyə bu məsələdə Rusiya ilə eyni tərəfdədir”

Sonrakı məqalə

Əli Əsədov Qaribaşviliyə başsağlığı verib