Niger ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

Nigerin müdafiə qərargahının rəhbəri Musa Salau Barmu qoşunların yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib.

Azpost.info xəbər verir ki, bu qərar Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin hərbi müdaxilə niyyətini elan etməsindən sonra verilib.

Musa Salau Barmu deyib ki, bu mesajı aldıqları andan bütün şəxsi heyət maksimum hazırlıq vəziyyətinə gətirilib.

O, qərarın Nigerə qarşı artan təcavüz təhlükəsi ilə əlaqəli olduğunu vurğulayıb.: “Ordu mümkün işğala adekvat cavab verməyə hazır olmalıdır”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.