Nigeriya millisinin baş məşqçisi rəqibini cadu etməkdə ittiham edib

Nigeriya yığmasının baş məşqçisi Erik Şell DÇ-2026-nın Afrika zonası pley-off mərhələsində Konqo Demokratik Respublikası ilə final matçından sonra qalmaqallı açıqlama verib.

AZƏRTAC xəbər verir ki, mütəxəssis penaltilər seriyası zamanı qonaq komandanın məşqçilər heyətinin bir üzvünün cadu ilə məşğul olduğunu iddia edib. O, bu səbəbdən həmin məşqçi ilə mübahisə yaşadığını da təsdiqləyib.

Qeyd edək ki, matçın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında (3:4) rəqibinə uduzan Nigeriya millisi dünya çempionatında iştirak şansını itirib. Konqo Demokratik Respublikası isə final mərhələsinə vəsiqə uğrunda qitələrarası seçmə mərhələdə mübarizə aparacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.