Nigeriya prezidenti Niger qiyamçıları ilə təmaslara hazır olduğunu deyib

Nigeriya prezidenti Bola Tinubu qonşu Nigerdə hakimiyyəti ələ keçirmiş qiyamçılarla təmaslara hazır olduğunu açıqlayıb.

“Biz dövlət çevrilişinin liderləri də daxil olmaqla, maraqlı tərəflərlə əlaqə saxlamağa davam edəcəyik”, – prezident bildirib.

O qeyd edib ki, konstitusiya nizamını bərpa etmək ümidi ilə Nigerdə hərbçilərə qarşı sanksiyalar tətbiq etsələr də, bunu heç bir nəticəsi olmayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.