“Niyə dövlətin boynuna qoymalıyıq?!”- Deputat Aliment Fondunun yaradılmasına qarşı çıxdı

“Mən Aliment Fondunun yaradılmasına qarşıyam”.

Bu fikirləri deputat Aqiyə Naxçıvanlı parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

“Biz müsəlman dövlətiyik. Bizdə ailə dəyərləri o qədər yüksəkdir ki, əgər ata öz uşağının pulunu vermirsə, dövlətə pul verəcək?! Biz elə qanun və qaydalar yaradıb atanı məcbur etməliyik ki, uşağının pulunu versin. Alimenti niyə dövlətin boynuna qoymalıyıq?! Uşaqlar üçün nəzərdə tutulan müavinətlərin, eləcə də “süd pulu”nun artırılmasının isə tərəfdarıyam”(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.