Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • Baş Yazı

Niyə çox vacib işlərimiz olanda, əhəmiyyətsiz işlərə maraq göstəririk?

Orkhan Ali 09 İyun 2025 - 16:45 (Last updated: 08 İyun 2025 - 21:47)
1742968524_njhkhk

Hər birimizin vacib işlərimiz olur və tez həll etməli olduğumuz zamanlar olur. Amma biz vacib işləri düşünür, lakin həll etmirik. Bunun yerinə, çox da əhəmiyyət daşımayan işlərlə məşğul oluruq. Özümüzü nə qədər məcbur etsək də, vacib olan işimizi həll edə bilmirik. Bu situasiyaya düşməyimizin səbəbi nədir? Niyə çox vacib işlərimiz olanda əhəmiyyətsiz işlərə maraq göstəririk? 

Lamora Psixologiya Mərkəzinin rəhbəri, psixologiya elmi üzrə fəlsəfə doktoru Amaliya İsayeva Valyuta.az-a bildirdi ki, bəzi insanlarda bu hal vərdiş halını alıb: “Bəzi insanlar vacib işlərini kənara qoyurlar, bunun əvəzinə çox da vacib olmayan işlərlərlə məşğul olurlar. Bu situasiyanın elmdə ifadəsi prokrastinasiya yəni, ertələmədir. Təbii ki, ertələmənin də öz səbəbləri var. Ertələmənin səbəblərini sadalasaq, əsas səbəblərindən biri insanın gördüyü işə qarşı motivasiyanın, özgüvənin aşağı olması, vərdişlər, yanlış sxemlər və yanlış ssenarilərdir. İnsan sevmədiyi işi gördükdə, özgüvən və motivasiya aşağı olur, amma motivasiyası yüksək olan, özünə inanan hər bir insan vaxt ayırıraq vacib işlərini görür”.

Həyat səbəb-nəticə əlaqəsidir

A.İsayeva bildirdi ki, prokrastinasiyanın səbəblərindən biri də uşaqlıqdan yaranan, aşılanan yanlış vərdişlərdir: “Uşaqlıqda valideynlər ya həddən ziyadə övladını ərköyünləşdirir, onun əvəzinə hər şeyi edir, ya da həddən ziyadə başlı başına buraxır və uşaq nə istəyir edir. Qorxulu proqramları valideyn qoyur. “Getmə”, “etmə”, “bacarmazsan”, “sən kimsən”, “bizdə alınan deyil” və.s. Görülən işə, qazanca valideyn müəyyən bir səviyyə qoyur və o səviyyəni uşaq aşa bilmir. Həyatda uğur qazana bilən, karyera qura bilən uşaq gələcəkdə bunu edə bilmir. Çünki uşaqlıqda ona yanlış sxem qoyulub, yanlış ssenari verilib. O ssenariyə uyğun uşaq bugünkü həyatda yaşayır. Bu zaman uşağın şüraltısında olan gizli qorxular – “məndə alınmayacaq”, “bacarmayacam”, “edə bilmərəm, etməyim” fikirləri gələcəkdə prokrastinasiya yaradır və vacib işləri həll etməyinə mane olur. Buna görə də bu günün nöqsanlarını yığışdırmaq üçün keçmişə baxmaq lazımdır. Bu həyat səbəb- nəticədir. Biz nəticə ilə yox, səbəblə mübarizə aparmalıyıq”.

Görülməyən işlər ağırlaşır 

Psixoloq deyir ki, vacib işlər görülmədikcə yığılır: “Mən bunu yolda gəzərkən ətəyinə daş yığılan adamın düşdüyü vəziyyətə bənzədirəm. Vacib işlər görülmədikcə yığılır, yükü artır və ağırlaşır. Adətən, bunu edənlər, işlərini vaxtında görməyənlər depresiyada olan, çoxlu stresə məruz qalan insanlar olur. Təbii ki, bu situasiyalardan çıxmaq olduqca vacibdir. Prokrastinasiya problemi olan insanlar öz üzərlərində işləyərək, yaxşı mütəxəssislərə müraciət edərək bu problemdən xilas ola bilərlər. Yəni, xasiyyətimizdə yaranan bu çatlardan xilas ola bilərik. Çünki xasiyyəti dəyişmək, onun üzərində işləmək olur. Əgər bu kimi problemlərin həlli üzərində işləməsək, sonralar “çuxurlar” yaranır. Təbii ki, yaranan çuxura düşəndə çıxmaq olmur”.

AzPost.az

Post navigation

Previous: İnternet sürətini zəiflətdirən amillər hansılardır?
Next: Elçibəy, onunla şahmat oynayan Ağabəy Əsgərov –

Oxşar xəbərlər

neftimage
  • Baş Yazı

Azərbaycanın neft hasilatı azalır – Büdcə və manat üçün nə dəyişəcək?

User 11 Noyabr 2026 - 12:00
market
  • Baş Yazı

Ərzaq qiymətləri yenə artır – Ailələr ayda nə qədər pul xərcləyir?

User 11 Noyabr 2026 - 10:27
pensiya02
  • Baş Yazı

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

User 11 Noyabr 2026 - 09:36

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.