Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Niyə Avropada ərzaq bizdən xeyli ucuzdur? Camaat bəs nə ilə dolansın?” –

User 18 Noyabr 2022 - 11:39 (Last updated: 21 May 2025 - 20:15)
razi nurulla

“Yaşayış minimumu, ehtiyac meyarı artırılsın demək, bilirəm ki, uyğun olmayacaq. 15 manat, 20 manat, hətta 50-100 manat artım belə bu günün bahalığında heç nədir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, son beş ildə məhsul, material və xidmətlərdən asılı olaraq qiymətlər ən azı 3-5 dəfə artıb: “Baxaq görək, pensiyalar, müavinətlər və digər sosial paketlər nə qədər artıb? Bu artım gündən-günə daha da geniş vüsət alan bahalıq fonunda cüzidir. Bir gün supermarketə daxil olursan, bazarlıq edirsən, deyək ki, 50 manat ödəyirsən. Bir həftə sonra gedirsən, eyni məhsulları alırsan, 55-60 manat ödəyirsən. Ay ərzində isə artım 15, bəzən 20 faiz təşkil edir. Elə məhsullar var ki, fantastik qiymətə qalxır və sonra bir az aşağı salınır. Bir kq mal ətinin qiyməti 14-16 manat, qoyun əti isə 18 manatdan başlayır. Əgər daha keyfiyyətli ət almaq istəsən, üzərinə 4-5 manat də gəl. Bizdən asılı olmayan və bütün dünyadan qaynaqlanan bahalıq fonunda vətəndaşların sosial durumu ağırlaşıb. Təbii ki, hökumət də bu dediklərimi bilir, narahatdır və yüngülləşdirici addımlar atır. Bunu bilir və qiymətləndirirəm. Amma gərək, daha çox gözlə görünə bilən, real və dərhal rahatlıq yaradan addımlar da ataq”.

Deputatın sözlərinə görə, Avropa ölkələrində kritik ərzaq məhsulları Azərbaycandakından xeyli ucuzdur: “Hərçənd ki orada əmək qüvvəsi də, maaşlar da, xidmətlər də bizdən qat-qat yuxarıdır. Bəs ərzaq məhsullarının ucuz olması, kasıblar üçün təşkil olunan market və bazarlarda isə məhsulların az qala bizdən 3-4 dəfə ucuz olmasının səbəblərini bilirikmi? Bəlkə bu, logistika, daşınma, gömrük, vergi və digər məsələlərlə bağlıdır? Biz niyə bu təcrübəni öyrənib tətbiq etməyək? İkincisi, qarşıdan soyuq qış gəlir, insanların elektrik enerjisinə, təbii qaza daha çox ehtiyacı yaranacaq. Təyin etdiyimiz yaşayış minimumu və ehtiyac meyarı təbii qazla elektrik enerjisinin aylıq ödənişinə kifayət edir. Burada iki yanaşma ola bilər, ya qış ərzində təbii qaz və elektrik enerjisinin limiti götürülsün və fərqini büdcə ödəsin, ya da vətəndaşlara daha ucuz alternativ təklif edilsin. Odun, daş kömür və digər yanacaq materialları. Yəni, vətəndaş 5-10 manatını qoruya bilsin ki, elə aldığını da təzədən geri ödəməsin. Bəs nə ilə dolansın?” (APA)

Post navigation

Previous: Naxçıvan Ali Məclisinin deputatı Nazim Bababəyli vəfat edib
Next: “ABŞ Konqresi Ukraynaya dəstəyini dayandıracaq”

Oxşar xəbərlər

avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30
Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55

xƏBƏR

payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Payız gələndə ağacların görünüşü dəyişir. Yay boyu yaşıl olan yarpaqlar sarı, narıncı, qırmızı və hətta bənövşəyi çalarlara...
Read more about Ağacların yarpaqları payızda niyə qızarır?
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır? pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30
Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.