Nizamnaməsi 10 manat, borcu 184 min– Bu şirkət kimindir?

Vergi borcu
Vergi borcu

“Belurtunes LL” MMC-nin 184 min manatdan çox vergi borcu var. AzPost bildirir ki, Dövlət Vergi Xidmətinin məlumatına əsasən, şirkətin hazırda 184 min 503 manat məbləğində ödənilməmiş vergi borcu qeydə alınıb.

Qeyd edək ki, “Belurtunes LL” MMC 2023-cü ildə dövlət qeydiyyatına alınıb və onun nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Bu, şirkətin formal qeydiyyatdan keçməsi, lakin maliyyə öhdəliklərinə biganə yanaşması ehtimalını artırır.

Şirkətin qanuni təmsilçisi Hacıyev Əhməd İlham oğludur. Lakin açıq mənbələrdə nə bu şəxs, nə də şirkətin fəaliyyəti barədə heç bir məlumat mövcud deyil. (Valyuta.az)

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.