2024-cü il Nobel Sülh Mükafatına 285 namizəd irəli sürülüb.
Azpost.info xəbər verir ki, bu barədə Norveçin Nobel İnstitutu məlumat yayıb.
Mükafata 196 nəfərin və 89 təşkilatın namizədliyi irəli sürülüb. 2023-cü ildə Nobel Sülh Mükafatına 351 namizəd vardı.
Nobel Sülh Mükafatına rekord sayda namizədin (376) irəli sürülməsi 2016-cı ildə qeydə alınıb.
Mükafat payızda Norveçdə təqdim olunacaq.
Mediada namizədlər arasında NATO Baş katibi Yens Stoltenberq, amerikalı milyarder İlon Mask, “WikiLeaks”in yaradıcısı Culian Assanc, britaniyalı təbiətşünas Devid Attenboro, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Roma Papası Fransisk, BMT Baş katibinin, həmçinin Avropa Şurası, UNESCO, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin adı keçib.
Azpost.info