Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • Ölkə
  • ÖZƏL

Nohurgöldıki Sahil restoranında “iki menyu” oyunu

Orkhan Ali 29 Avqust 2025 - 10:20 (Last updated: 29 Avqust 2025 - 10:11)
Restoran

Restoran

Qəbələnin turistik məkanlarından olan Nohurgöldə fəaliyyət göstərən Sahil restorananı ilə bağlı turistlərin şikayətləri yayılıb. Müştərilər bildirirlər ki, restoranda onlara əvvəlcə baha qiymətlərlə tərtib olunmuş menyu təqdim edilir. Qiymətlərlə maraqlandıqda isə “səhvən verilib” bəhanəsi ilə ikinci, daha ucuz menyu gətirilir.

AzPost bildirir ki, şikayətdə deyilir ki, sifariş olunan yeməklər də menyuda göstərildiyi kimi masaya gəlmir. Məsələn, sac yeməyi istənildikdə həmin gün ət və ya tərəvəz olmadıqda, sadəcə mövcud ərzaqlardan hazırlanan qarışıq gətirilir. Yarpaq dolması sifariş edənlərə isə yarpaq olmadıqda sadəcə ət təqdim olunur.

Turistlərin iddiasına görə, “ev kompotu” adı ilə verilən içkilər də əslində mağazadan alınıb qrafinkaya tökülür və bir neçə qat baha qiymətə satılır.

Əlavə narazılıq yekun hesabla bağlıdır. Müştərilər qeyd edirlər ki, əslində sifariş vermədikləri yeməklərin adı hesaba daxil edilir, etiraz olunanda isə “qiyməti eynidir” cavabı verilir. Bundan başqa, hesabda 10 faiz servis haqqı ayrıca göstərilsə də, menyuda bu barədə heç bir məlumat yoxdur.

Şikayətçilər yeməklərin dadının da gözlənilən səviyyədə olmadığını bildirərək turistlərə həmin restoranı seçməməyi tövsiyə edirlər.

Hazırda restoran rəhbərliyinin və aidiyyəti qurumların məsələ ilə bağlı mövqeyi açıqlanmayıb.

AzPost.az

Post navigation

Previous: Əmanət təminatlı kredit
Next: Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edildi

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.