Norveç ölkənin HHM sistemini yeniləyir- 1,15 milyard dollar xərcləyəcək

Norveç hökuməti avadanlıqlarının böyük hissəsini Ukraynaya təhvil verdikdən sonra yeni hava hücumundan müdafiə sistemləri üçün 1,15 milyard dollar xərcləyəcək.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, bu, son 30 ildə ən böyük investisiyadır.

Ölkənin müdafiə naziri Born Arild Qramın sözlərinə görə, Norveç hava hücumundan müdafiə sisteminin növbəti nəslinə doğru addım atır.

“Norveç təcili olaraq müasir hava hücumundan müdafiə sistemi yaratmalıdır”, – nazir deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.