“Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nda dəyişiklik edilib

“Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nda dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Kollegiyası qərar verib.

Dəyişiklik əmlakla əlaqədar əqdlər üzrə notariat hərəkətlərinin yoxlanılması zamanı tələb olunan sənədlərlə bağlıdır.

Əvvəl tələb olunan daşınmaz əmlakın özgəninkiləşdirilməsi üzrə müqavilələrin təsdiq edilməsi zamanı yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən fiziki, hüquqi, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən ödəmə mənbəyindən sadələşdirilmiş verginin tutulması və tətbiq olunan azadolmalara dair sənədlər idi.

Dəyişiklikdən sonra tələb olunan isə daşınmaz əmlakın özgəninkiləşdirilməsi üzrə müqavilələrin təsdiq edilməsi zamanı yaşayış, qeyri-yaşayış və torpaq sahələrini təqdim edən fiziki şəxslərdən, torpaq sahələrini təqdim edən hüquqi şəxslərdən ödəmə mənbəyindən sadələşdirilmiş verginin tutulması və tətbiq olunan azadolmalara dair sənədlərdir.

Qərar iyulun 1-dən qüvvəyə minib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Abşeronda qanunsuz fəaliyyət göstərən dərzi sexi aşkar olunub

Sonrakı məqalə

Arda Turan Fatih Terimin köməkçisi olacaq