Nursultan Nazarbayevin 30 yaşlı nəvəsi Aysultan Londonda vəfat edib

16 Avqust 2020 - 15:10

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Londonda vəfat edib.

APA bildirir ki, bu barədə Zakon.kz xəbər verir.

İlkin versiyaya görə, Dariqa Nazarbayevanın 30 yaşlı oğlu Aysultan Nazarbayevin ölümünə səbəb ürək tutması olub.

Hadisənin təfərrüatları barədə geniş məlumat yoxdur.

Qeyd edək ki, daha əvvəl Aysultan Nazarbayevin Böyük Britaniyadan siyasi sığınacaq istəməsi barədə məlumat verilmişdi.

Gənc oğlan ailəsinin ona təzyiq göstərdiyini söyləyirdi.