“Nüvə beşliyi” dövlətlərinin görüşü keçirilib

Dubayda beş nüvə dövlətinin – Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniya nümayəndələrinin görüşü baş tutub.

APA-xəbər verir ki, bu, Çinin “nüvə beşliyi” formatına illik sədrliyi çərçivəsində ilk tam hüquqlu məsləhətləşmələri olub.

Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumatdan aydın olur ki, görüşün əsas müzakirə mövzusu nüvə doktrinaları olub.

Rəsmi Pekin vurğulayıb ki, hazırkı şəraitdə bu məsələnin müzakirəsi nüvə dövlətlərinə anlaşılmazlıq və yanlış hesablamalardan qaçmağa imkan verəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.