“Nüvə silahı bəhanədir, İranın gücünü əlindən almaq istəyirlər” –Dini rəhbər Xameneyi

“İranın uranı zənginləşdirməsi həddi 20 faiz deyil. Ölkənin ehtiyacına uyğun və nüvə mühərrikləri üçün lazım gələrsə, uranın zənginləşdirilməsini 60 faizə də çatdıra bilərik”.

Bunu İranın ali lideri Ayətullah Əli Xamenei Xobreqan Ekspertlər Şurası Məclisinin başçısı və üzvləri ilə görüşündə deyib.

Ayətullah Xamenei ölkənin ehtiyacları üçün əlverişli nüvə texnologiyası gücünü əldə etməkdə İranın qərarlı olduğunu bildirib.

İran və 5+1 ölkələri arasında nüvə sahəsində əldə olunan Hərtərəfli Birgə Fəaliyyət Planından danışan Ayətullah Xamenei qeyd edib ki, bir neçə illik müqavilə imzalanıb, bu müqaviləyə əgər onlar əməl etsələr, Tehranda da onların əməl etdiyi müddət qədər əməl olunacaq: “Lakin Qərb ölkələri özləri də çox yaxşı bilirlər ki, biz nüvə silahı ardınca getmirik. Nüvə silahı məsələsi bir bəhanədir, onlar bizim adi silahlarımıza belə qarşı çıxırlar. Bizim müdafiə imkanlarımıza qarşdırlar. Çünki onlar İranın güc komponentlərini əlindən almaq istəyirlər”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyadan ölkəmizə gətirlən 19 ton toyuq məhsulu yararsız çıxdı –

Sonrakı məqalə

Bu gün Su çərşənbəsidir