Nyu- York zooparkında pələnglər və aslanlar koronavirusa yoluxub –Xəstəlik ilk dəfə insandan heyvana keçib

Bazar ertəsi Nyu Yorkun Bronks zooparkının baş baytarı pələngin insan tərəfindən koronavirusa yoluxdurulduğunu bildirib. Beləliklə ilk dəfədir ki, ki, COVID-19 virusunun insandan heyvana keçməsi qeydə alınır.

Heyvanxananı idarə edən Vəhşi Təbiəti Qoruma Cəmiyyətinin verdiyi açıqlamada Nadiya adlı 4 yaşlı Malayziya pələnginin digər üç pələng və üç aslanla birlikdə quru öskürək ardınca test edildiyi və COVID-19 xəstəliyinə yoluxduqları bildirilib.

Vəhşi pişiklərin hamısının sağalacağı gözlənilir.

COVID-19 virusunun heyvanlardan insanlara keçdiyinə inanılır. Honq Konqda da bir neçə heyvan üzərində testlər pozitiv çıxıb.

Rəsmilər Nyu York zooparkında baş verən hadisənin unikal bir hal olduğunu, Nadiyanın simptomları büruzə verilməyən bir heyvanxana işçisi tərəfindən yoluxulduğunu guman edir.

Bronks heyvanxanasının baş baytar həkimi Paul Kalli Reuters xəbər agentliyinə hansı işçinin xəstə olduğunun bilinmədiyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Virusa yoluxan Britaniyanın Baş naziri reanimasiya şöbəsinə yerləşdirildi

Sonrakı məqalə

İranda beş vilayətdə fövqəladə vəziyyət elan edildi-