Nənəsi və xalasının üstünə benzin tökərək yandırdı- DƏHŞƏTLİ CİNAYƏT İŞİ

Antalyada baş vermiş dəhşətli qətl işi üzrə məhkəmə hökmü açıqlanıb. Nənəsi Hülya Çətinkaya (63) və xalası Filiz Kaplanı (46) üzərlərinə benzin tökərək yandırıb öldürən 30 yaşlı Okan Altay, məhkəmənin qərarı ilə iki dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.

AzPost Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə 2023-cü il yanvarın 20-də Muratpaşa rayonunda yerləşən çoxmərtəbəli binanın altıncı mərtəbəsindəki mənzildə baş verib. Okan Altay əlində benzin dolu beş litrlik bidonla nənəsi ilə yaşadığı evə gedib və orada mübahisə başlayıb. Səs-küyü eşidən üst mərtəbədə yaşayan xalasının kömək istəyərək xəbərdarlıq etdiyi bildirilib. Daha sonra o, aşağı mərtəbəyə düşüb və mübahisə pul üstündə davam edib.

Bir müddət sonra Altay benzini hər iki qadının üzərinə tökərək od vurub, mənzilin qapısını bağlayıb və evdən çıxıb. Hadisə yerinə çağırılan yanğınsöndürən və təcili tibbi yardım əməkdaşları bir saatlıq çalışmadan sonra alovu söndürə biliblər. Mənzildə aparılan araşdırma zamanı hər iki qadının yanmış meyiti aşkarlanıb. Okan Altay isə dumandan zərər çəkdiyi üçün xəstəxanaya aparılıb.

Şübhəli müalicədən sonra polis tərəfindən saxlanılıb. O, ilkin ifadəsində “Pul üstündə mübahisəmiz oldu, əsəbləşib üzərlərinə benzin töküb yandırdım və evdən çıxdım” dediyini bildirib. Daha sonra məhkəmə qərarı ilə həbs edilib.

Antalya 6-cı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə prosesində Adli Tibbin rəyinə əsasən şübhəlinin tam şəkildə cəzaya məsuliyyət daşıdığı qeyd olunub. Prokuror çıxışında Altayın iki dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası ilə cəzalandırılmasını tələb edib.

Son sözündə Okan Altay özünü müdafiə edərək “Nənəmi və xalamı öldürmək kimi niyyətim olmayıb. Məndən pul istəməyib, əksinə özü verib və sonra geri tələb edib. Borcum olduğu üçün qaytara bilmədim. Günahsızam, bəraətimi istəyirəm” deyib.

Məhkəmə isə yekun qərarında Altayın “qadına qarşı yandıraraq qəsdən adam öldürmə” maddəsi ilə iki dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsinə hökm verib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.