“O, çox güclü bir liderdir” –Tramp Sülh Sammitində İlham Əliyevdən danışdı

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi çox güclü lider adlandırıb.

Tramp bu barədə Misirdə keçirilən Qəzza mövzusundakı zirvə toplantısında çıxışı zamanı bildirib.

“Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi isə onlar bir-birini bəyənirlər. Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm. O, çox güclü bir liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır”, – Ağ Ev rəhbəri vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.