Öd kisəsinin yaxşı işləməsi üçün düzgün qidalanmaq lazımdır. Bunun üçün səhər yeməyindən başlamaq lazımdır.
Azpost.info MedicForum-a istinadən bildirir ki, bu barədə terapevt və qastroenteroloq Olqa Pomoynetskaya deyib.
Həkimin sözlərinə görə, öd kisəsi istənilən qida qəbuluna cavab olaraq büzülür və yığılma dərəcəsi onun tərkibindən asılıdır. Onun sözlərinə görə, az yağlı pəhrizlər ödün keyfiyyətini və miqdarını pisləşdirir. Həkim bu orqanın yaxşı həzm, yağda həll olunan vitaminlərin sorulması və orqanizmin detoksifikasiyası üçün lazım olan öd anbarı olduğunu vurğulayıb.
Həkimin sözlərinə görə, qədərində olan yağlar avokado, qızıl balıq, qoz-fındıq, çia toxumu, yunan yoqurtunda, kokos yağı, zeytun yağı, yumurta kimi qidalarda olur. “Səhər yeməyi hazırlamaq üçün bu məhsulları birləşdirə bilərsiniz”-, həkim qeyd edib.
O, həmçinin mədə-bağırsaq problemlərini göstərən bir sıra simptomları sadalayıb. Siyahıya qəbizlik, açıq rəngli nəcis, şişkinlik, pis qoxu, dildə ağ və ya sarı örtük, ağırlıq hissi, yeməkdən sonra gəyirmə, komedonlar, sızanaqlar daxildir.
Azpost.info