Oğlu atasını avtomobillə vuran sürücünün maşınını əzdi, onu ağır yaraladı –Goranboyda avtovendetta

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Hadisə rayonun Quşçular kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolun kənarı ilə gedən, təxminən 70-80 yaş arasında olan Mütəllim Salmanovu vurub.

Yaşlı kişi hadisə yerində ölüb. Qəzadan sonra M.Salmanovun oğlu tanışına məxsus “VAZ 2106” markalı avtomobillə “Mercedes”in sürücüsü Bəhruz Nağıyevi və onun atasını – 1959-cu il təvəllüdlü Nagıyev Əli Məmməd oğlunu vurub.

Hadisə zamanı “VAZ 2106” markalı avtomobil idarə edən mərhum M.Salmanovun oğlu ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvanda 20 subartezian quyusu qazılacaq –

Sonrakı məqalə

Çavuşoğlu və Ceyhun Bayramov Qarabağdakı son vəziyyəti müzakirə edib