Oktyabr ayı üçün QOROSKOP

Səxavətli və ruzili payızın ilk ayı Oktyabr – hisslər və istəklər planeti Venera və ortaqlıq, kollektivin fərdlə birləşmə imkanının planeti olan Xiron ilə özünü göstərir.

Ayın əvvəli afrika ehtirasları və işlərdə qeyri-müəyyənlik vəd edir. Əqrəb bürcündə olan Venera insanı təmkinsiz və barışmaz edir, bizə sahiblənmə duyğusu aşılayır, qısqanclıq hiss etdirir. Qoç bürcündə olan Xiron isə xüsusilə yaxınlarımız ilə münasibətdə şüursuz ikililik və kəskinlik verir. Bu qəliz tandem retro-hərəkətdə olan, sağlam təsirə mane olan, hətta qarışıqlıq əlavə edən digər planetlərin sayəsində daha da kəskinləşir. Planetlərin təsiri daha çox şəxsi münasibətlərdə özünü göstərəcək, konfliktləri, şühbələri və narazılıqları kəskinləşdirəcək.

İşlərdə və karyerada da Merkurinin retroqrad hərəkəti nəticəsində gecikmələr və anlaşılmazlıqlar baş verəcək. Balansı qoruyan isə bir tək Mars olacaq – Tərəzi bürcündə o daha sülhsevər olur.

Üçüncü dekadada vəziyyət düzəlməyə başlayacaq. Demək olar ki, bütün planetlər öz templərində hərəkət etməyə başlayacaq, Yerdəki prosesləri stabilləşdirəcək, yaxşılığa aparan məqbul möhlət və çoxdan gözlənilən dəyişikliklər verəcək. Yaxınlarınıza qayğılı münasibət göstərin, mübahisələrdən qaçın, konfliktləri mürəkkəbləşdirməyin. İşlərdə və maliyyədə də hadisələrə güc gəlmək lazım deyil, vacib qərarları və razılaşmaları ayın sonuna saxlamaq daha məqsədəuyğundur.

QOÇLARIN sevgililəri ilə uzanan mübahisələri daha çox güc sərf edilərək xroniki formaya keçə bilər. Münasibətlərin formatını yenidən nəzərdən keçirmək, sadəcə ehtiraslara deyil, mənəvi yaxınlığa üstünlük vermək yaxşı olardı. Yeni biznesə girişməklə, yaxud da köhnəni genişləndirməklə maliyyə riskləri etməkdən çəkinin. Fiziki sağlamlıqla məşğul olmağın vaxtıdır – yükləri artırmaq və səliqəyə salmaq –ancaq bu balansı saxlamağa yardım edə bilər.

Oktyabr BUĞALARA başgicəlləndirən və emosiyalar küləkləri əsdirən yeni tanışlıqlar bəxş edəcək. Ancaq siz münasibətlərin kuliminasiyaya qalxmasına imkan vermədən ehtiraslar şkvalasından tez yorulub soyuya bilərsiniz. Hisslərin qoynuna atılmaqdan çəkinin, eyni zamanda da, pərəstişkarlarınızı uzaqlaşdıraraq düşmənlərinizin sayını artırmayın. Rəhbərliyi narazı etməməkdən ötrü bütün bu enerjinizi işinizə verin.

Retroqrad Merkuriyə baxmayaraq ƏKİZLƏR üçün əlverişli mühit yaranacaq. Ayın birinci yarısını işdə məsələlərin planlanmasına və strateji həllinə sərf etmək məsləhətdir, ikinci yarısı isə yeni perspektivlər açacaq və daha dinamik və fəal aktlar tələb olunacaq. Enerjinizi əyləncəyə sərf etməyin, maksimal dərəcədə özünüzü toparlayın – bu sizin taleyüklü ayınızdır!

Venera XƏRÇƏNGLƏRİN əlçatmaz hisslər gəmisini tərpədəcək. Bəlkə başını itirməyin və öz kölgəndən qorxmamağın vaxtıdır? Ailəli olanlar kreativlik etməli, öz münasibətlərini yeni səviyyəyə çıxarmalıdırlar. Yerdə qalan digərlərinə isə cilovlanmayan Veneranın macəralara səsləyən romatikası qismət olacaq. Səxavətli və gözlənilməz olun, o zaman sevgi gəmisi uzun və gözəl səyahətə yola düşəcək!

Venera və Xiron ayın sonunda ŞİRLƏRƏ öz yuvasını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq və səviyyəsini yüksəltmək, yaxud da ümumiyyətlə yeni yuvaya sahib olmaq imkanı verə bilər. Ailənin və nəslin işləri diqqət və vaxt tələb edir. Ailə dəyərlərinin ön plana çəkilməsi yaxınlarınızla münasibətləri yaxşılaşdıracaq və evdə harmoniya yaradacaq. Avtoritar və barışmaz olmayın, siz ki lazım gəldikdə ev pişiyi ola bilirsiniz!

QIZLARA uzaq səyahətlərə getmək, çox irəliyə nəzərdə tutulmuş planlar qurmaq məsləhət görülmür. Rutin işlər, yaxın qohumlarınıza olan qayğılar sizi qıcıqlandıracaq və adət etdiyiniz həyat obrazınızı pozacaq. Öz biliklərinizi artırmağın tam zamanıdır; ola bilsin ki, həyatınızı yenidən nəzərdən keçirəsiniz. Ayın sonunda gələcək vacib məlumat sizə çoxdan gözlənilən sakitlik və rahatlıq gətirəcək.

TƏRƏZİLƏR öz aylarında gərək səhvlər etməsinlər, yaxınlarına və sevgililərinə qiymətləndirici etiketlər asmasınlar. Sizin ehtirasınız və qısqanclığınız münasibətlərinizə zərar verə bilər, onları uzunmüddətə tarazlıqdan çıxara bilər. Xatırladıram: siz bu dünyaya sevgi və harmoniya gətirmək üçün gəlmisiniz – öz işinizi görün! Ayın sonu maddi rifahı yaxşılaşdırmaq üçün uyğundur. Fiziki sağlamlığın möhkəmləndirilməsi gümrahlıq bəxş edəcək.

ƏQRƏBLƏR oktyabrda çətinliklə öz ehtiraslarını saxlaya biləcəklər və ümumi qəbul edilmiş çərçivəyə sığmayacaqlar. Siz öz partnyorlarınıza qarşı tələbkar olacaq və haqlı olaraq layiq olduğunuz diqqət və sevgini almaq istəyəcəksiniz. Lakin nəzakətli olmağa çalışın – sizin ehtirasınız bəzən insanı məhv edir. Öz qabığınıza çəkilmək vaxtı deyil, həmçinin mübahisəli məsələlərin həllini sonraya saxlamayın. Ayın sonunu şəxsi münasibətlərinizin yaxşılaşdırılmasına sərf edin.

OXATANLAR sirli sevgiyə aludə olmaq istəyəcəklər və qadağan olunmuş meyvə çox yaxında olacaq. Ancaq məsuliyyətli olduqlarınızla sevgi arasındakı tarazlığı qorumaq dözülməz dərəcədə çətin olacaq. Çalışın, səhvlər etməyin, yoxsa uzun müddətlik öz partnyorunuzun gözündən düşərsiniz, güvəni geri qaytarmaq isə mümkünsüz olar. Çoxdan gözlənilən bolluq axını olacağı ehtimalı var, ancaq xərclərdə diqqətli olmaq və ehtiyatda bir şey saxlamaq lazımdır.

OĞLAQLAR üçün yeni perspektivlər açılacaq, xüsusilə də maliyyə sahəsində, oktyabrın sonu düşünülmüş planları həyata keçirmək üçün fürsət verəcək. Həmfikirləriniz və yaxınlarınız sizi dəstəkləyəcəklər, amma onların özlərinin də sizin xüsusilə emosional baxımdan köməyinizə ehtiyacları olacaq. Yaxın dostunuz eşq etirafı ilə təəccübləndirərək sevgili sırasına keçə, münasibətlərdə geniş perspektivlər aça bilər.

Venera DOLÇALARI yaman yerdə yaxalayacaq – iş yerində məhəbbət yenilik gətirəcək, amma uzun çəkməyəcək, ona görə də öz səviyyənizi saxlamağa çalışın və toxunulan qürurunuzu sağaldın. Oktyabrın sonunda karyeranızda yeni perspektivlər görünəcək, ona görə də bütünlüklə işlə məşğul olaraq hissləriniz və məhəbbət macəraları barədə unudacaqsınız. Üçüncü dekadada əldə olunan imkan sizə optimitizm verəcək.

BALIQLARI səyahətlərdə maraqlı sürprizlər gözləyir, kurortda məhəbbət gözlənilir. Oxuyanlar özlərinə həmfikirlər tapacaqlar, bu əlaqələr dostluqdan səmimi və güvənli münasibətlərə keçəcək. Təhsil və özünüinkişaf bütün vaxtınızı alacaq, amma yenə də seçdiklərinizə diqqət ayırın – cavabında onlar sizə səmimi hisslər hədiyyə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanın İranın hərbi təlimləri ilə bağlı narahatlığı var” –

Sonrakı məqalə

Sədərək rayonuna yeni icra başçı təyin edilib –