Öldürülən müğənninin qaynı danışdı –"Qardaşımın sözünə baxmırdı"

Ötən gün həyat yoldaşı tərəfindən qətlə yetirilən müğənni Yaqut Həşimovanın qaynı danışıb.

ARB-nin “Günə son” proqramına açıqlama verən şəxs, qardaşının heç vaxt narkotik maddədən istifadə etmədiyini etiraf edib:

“Mümükün deyil, o insan nəinki narkotik, heç siqaret belə, çəkmirdi. Əvvəllər qardaşımla münasibətləri yaxşı idi, qardaşım bir az qısqanc idi, deyirdi o şənliyə getmə, bu toya getmə, o da sözünə baxmırdı. Getsinlər, onlar öz səhvlərini fikirləşsinlər. Qardaşımın öz qazancı olub. İstəyirsiniz dost-tanışından soruşun. Qarşı tərəf səhvlərini başa düşmədi”.

Xatırladaq ki, ötən gün Yaqut Həşimovanı həyat yoldaşı Anar Həşimov qətlə yetirib. Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov daha sonra polisə gedərək könüllü təslim olub.

Yaqut Həşimova “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.