“2020-ci il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 81,3 min nəfər təşkil edib”.
Azpost.info bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında İcmal Hesabatında məlumat verilib.
İşsizlikdən sığorta ödənişinin orta məbləği 276,4 manat olub.
Məlumatda deyilir ki, 2020-ci il yanvarın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5190,1 min nəfər olub, onlardan 4938,5 min nəfərini ya 95,2%-ni məşğul əhali təşkil edib. Hesabat ilində ölkədə işsizliyin səviyyəsi 4,8% təşkil edib.
2020-ci ilin yanvarın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1645,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914,5 min nəfər, qeyri-dövlət sektorunda isə 730,9 min nəfər təşkil edib.
2019-cu ilin məlumatlarına əsasən bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,8 saat olub.