Ölkədə nə qədər pensiyaçı var? –

Sayı açıqlanıb
16 Noyabr 2021 - 15:24

Bu gün respublika üzrə pensiyaçıların ümumi sayı 1 milyon 200 min nəfərdən çoxdur.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. Qeyd edilib ki, bu da respublika üzrə ümumi əhalinin 12%-ni təşkil edir. Yaşa görə pensiyanın orta aylıq məbləği 358 manatdır. Pensiyaçıların 55,5%-ni qadınlar, 44,5%-ni isə kişilər təşkil edir.