Ölkədə sayı ən çox artan və sürülən avtomobillər hansıdır?- SİYAHI

Azərbaycanda 2023-cü ildən 2024-cü ilə qədər avtomobil bazarında ən kəskin şəkildə artan markaların adları məlum olub.

AzPost-un məlumatına görə, FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Çin nəhəngi BYD avtomobillərinin sayı Azərbaycanda 4 dəfə artaraq bu dövrün mütləq lideri olub. 2023-cü ildə 1 011 ədəd avtomobili olan şirkətin avtomobillərinin sayı, 2024-cü ildə  4 083-ə çatıb

Elektrikli avtomobil sənayesinin qabaqcılı Tesla avtomobillərin sayı 2,2 dəfə artaraq ikinci yerdə qərarlaşıb. 2023-cü ildə 244 ədəd olan avtomobil sayı, 2024-cü ildə 535 ədədə brəabər olub.

Daha bir Çin markası olan JAC, 2,2 dəfə artımla diqqət çəkib. 2023-cü ildə 118 ədəddən 2024-cü ildə 258 ədədə yüksələn avtomobil sayı, kəskin artım göstərib.

Dong Feng avtomobilləri 96,1% artımla 284-dən, 2024-cü ildə 557 ədədə çatıb.

Changan 84,0% artımla avtomobil sayı 4 864-dən 8 950-yə qədər yüksəlib.

Cədvəldə Azərbaycanda maraq azalan avtomobil  markaaları da mövcuddur. Ən çox azalma faizini təqdim olunan məlumatlara əsasən Tofaş (-0,5%) göstərir. Həmçinin GAZ-31 və modif.TavriyaHummerRavonGAZ-24 və modif.UAZ-469 və modif. kimi markalar da kiçik faizlərlə də olsa azalma müşahidə edilibb.

Tofaşın Azərbaycan avtomobil bazarındakı sayı, 2023-cü ildə 6 155 ədəd təşkil edib, 2024-cü ildə bu rəqəm 6 123-ə enib ki, bu da 0,5% azalma deməkdir

GAZ-31 və modif. (-0,3% azalma): Bu markanın avtomobil sayı 20 396-dan 20 334-ə düşərək 0,3% azalma göstərib.

Tavriya (-0,3% azalma): Tavriya da eyni dərəcədə, yəni 0,3% azalma ilə 665-dən 663-ə geriləyib.

Hummer (-0,3% azalma): Hummer-in avtomobil sayı 350-dən 349-a düşərək 0,3% azalma qeydə alınıb.

Ravon (-0,3% azalma): Ravon-un avtomobil sayı 2 559-dan 2 552-ə enərək 0,3% azalma yaşayıb.

Sıra Marka 2023 Say 2024 Say Dəyişiklik (Ədəd) Dəyişiklik (%)
1 BYD 1 011 4 083 3 072 303,9%
2 Tesla 244 535 291 119,3%
3 JAC 118 258 140 118,6%
4 Dong Feng 284 557 273 96,1%
5 Changan 4 864 8 950 4 086 84,0%
6 GAC 320 549 229 71,6%
7 FAW 815 1 114 299 36,7%
8 Haval 2 097 2 655 558 26,6%
9 Baic 1 456 1 842 386 26,5%
10 Lincoln 202 255 53 26,2%
11 Geely 2 054 2 482 428 20,8%
12 Land Rover 10 669 12 668 1 999 18,7%
13 KIA 84 258 97 753 13 495 16,0%
14 MG 769 886 117 15,2%
15 Chevrolet 47 878 54 973 7 095 14,8%
16 Maserati 178 204 26 14,6%
17 Ford 21 749 24 686 2 937 13,5%
18 Hyundai 126 056 142 814 16 758 13,3%
19 Rolls Royce 66 74 8 12,1%
20 Toyota 104 605 115 151 10 546 10,1%
21 Digər minik avtomobilləri 50 000 54 912 4 912 9,8%
22 Volga 4 000 4 391 391 9,8%
23 BMW 40 571 44 584 4 013 9,9%
24 London TX 1 599 1 752 153 9,6%
25 Volvo 1 631 1 782 151 9,3%
26 Jaguar 389 424 35 9,0%
27 Nissan 44 485 48 475 3 990 9,0%
28 Mitsubishi 21 000 22 847 1 847 8,8%
29 Skoda 2 500 2 717 217 8,7%
30 Chery 2 853 3 095 242 8,5%
31 LADA 6 802 7 360 558 8,2%
32 Daewoo 10 000 10 760 760 7,6%
33 Honda 11 238 11 953 715 6,4%
34 GMC 305 323 18 5,9%
35 Opel 68 000 72 044 4 044 5,9%
36 Suzuki 878 929 51 5,8%
37 Cami 1 501 957 1 585 265 83 308 5,6%
38 Porsche 2 470 2 603 133 5,4%
39 Lexus 12 546 13 200 654 5,2%
40 Cadillac 454 476 22 4,9%
41 Khazar 7 313 7 662 349 4,8%
42 Bentley 356 371 15 4,2%
43 Buick 119 124 5 4,2%
44 Jeep 3 914 4 072 158 4,0%
45 Dacia 1 315 1 356 41 3,1%
46 Ssang Yong 675 696 21 3,1%
47 VAZ-2121 və modif. 35 259 36 131 872 2,5%
48 Volkswagen 25 078 25 675 597 2,4%
49 Citroen 329 336 7 2,1%
50 Mazda 4 926 5 029 103 2,1%
51 Nazz Lifan 5 733 5 850 117 2,0%
52 Audi 6 431 6 560 129 2,0%
53 Mercedes 216 843 220 242 3 399 1,6%
54 Renault 12 520 12 705 185 1,5%
55 Infiniti 2 406 2 439 33 1,4%
56 Fiat 6 106 6 164 58 1,0%
57 Alfa Romeo 267 269 2 0,8%
58 Peugeot 2 113 2 128 15 0,7%
59 Great Wall 879 885 6 0,7%
60 Dodge 1 065 1 071 6 0,6%
61 GAZ M-20 Pobeda və modif. 200 201 1 0,5%
62 Saipa 2 738 2 740 2 0,1%
63 Subaru 2 211 2 212 1 0,1%
64 Zaporojets və modif. 6 020 6 020 0 0,0%
65 Runna 556 556 0 0,0%
66 Daihatsu 227 227 0 0,0%
67 Isuzu 99 99 0 0,0%
68 Rover 91 91 0 0,0%
69 Saturn 189 189 0 0,0%
70 Bogdan 332 332 0 0,0%
71 GAZ M-21 Volqa və modif. 4 392 4 391 -1 -0,0%
72 Oka-1111 2 060 2 059 -1 -0,1%
73 Seat 1 156 1 155 -1 -0,1%
74 VAZ-2102, 2104 və modif. 14 905 14 897 -8 -0,1%
75 VAZ-2105, 2107 və modif. 126 551 126 469 -82 -0,1%
76 VAZ-2108, 2109 və modif. 24 511 24 501 -10 -0,0%
77 Moskvic və modif. 24 942 24 912 -30 -0,1%
78 Azsamand 3 392 3 388 -4 -0,1%
79 VAZ-2101, 03-06 199 311 199 068 -243 -0,1%
80 UAZ-469 və modif. 2 401 2 397 -4 -0,2%
81 GAZ-24 və modif. 25 981 25 926 -55 -0,2%
82 Ravon 2 559 2 552 -7 -0,3%
83 Hummer 350 349 -1 -0,3%
84 Tavriya 665 663 -2 -0,3%
85 GAZ-31 və modif. 20 396 20 334 -62 -0,3%
86 Tofaş 6 155 6 123 -32 -0,5%

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.