Ölkədə uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb –

Nazirlik
15 Oktyabr 2021 - 16:22

“Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov “Yenidoğulmuşlarda görülən xəstəliklər” mövzusunda çıxışında deyib. O bildirib ki, bunun səbəbləri var: “Böyüklərin əksəriyyəti peyvənd olunub. Uşaqlar arasında isə peyvəndləmə aşağıdır. Bundan başqa məktəblər açıldıqca, uşaqların ünsiyyəti artdıqca yoluxma riski artır. Bütün ölkələrdə uşaqlar arasında virusun yayılma ehtimalı artır”. (APA)