“Azərbaycandan əlavə qaz alınmasına dair müqavilə imzalanıb” –ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan əlavə 11 mlrd. kubmetr qaz alınmasına dair imzalanan müqaviləyə münasibət bildirib.

Cümə namazından sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, Avropadakı enerji böhranı fonunda Türkiyə ilə Azərbaycan arasında müqavilə imzalanıb.

“Biz ciddi mənada tədbirlərimizi görmüşük. İstər Rusiya, istərsə də Azərbaycanla bu istiqamətdə bağlanan müqavilələr Türkiyə üçün problemsiz baş tutur”, – Ərdoğan qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb –

Sonrakı məqalə

Eldar Həsənov xəstəxanaya yerləşdirilib