Ölkədən qaçan prezident istefa verməkdən imtina edir

Etirazlar zamanı ölkəsindən qaçan Madaqaskar prezidenti Andri Rajoelina istefa verməkdən imtina edir.

AzPost bildirir ki, bu barədə Reuters diplomatik mənbəyə istinadən xəbər verir.

“Diplomatik mənbə sorğudan sonra bildirib ki, Rajoelina istefa verməkdən imtina edir”, – məlumatda deyilir.

Xatırladaq ki, daha əvvəl Madaqaskar prezidentinin ölkədən qaçması ilə bağlı xəbərlər yayılmışdı. Lakin onun ofisi xəbərləri təkzib edib. Rajoelina özü həyatını qorumaq üçün “təhlükəsiz yerə” qaçmağa məcbur olduğunu bildirib. Prezident həmçinin hakimiyyəti ələ keçirmək cəhdini də iddia edib.

RFI radiosu mənbələrə istinadən onun Madaqaskarı Fransa hərbi təyyarəsi ilə tərk etdiyini bildirib. Fransa prezidenti Emmanuel Makron bu məlumatı təsdiqləməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.