Ölkə ərazisində hava şəraiti bu tarixdə nisbətən sabitləşəcək

Dekabrın 15-i saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisində müşahidə olunan küləyin sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə saniyədə 8-13, bəzi yerlərdə isə 15-20 metrədək zəifləyib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsilib. Bakıda və Abşeron yarımadasında isə yağıntılar dekabrın 14-ü axşamadək fasilələrlə davam edəcək.

Dekabrın 15-16-da ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.