Ölkə ərazisində qazlaşdırılma səviyyəsi neçə faizdir?- Baş nazir AÇIQLADI

Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 faizdir. Bu göstəriciyə görə ölkəmiz MDB və digər qonşu ölkələri qabaqlayır.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Baş nazir qeyd edib ki, buna baxmayaraq, yerdə qalan 3,4 faiz abonentin təbii qazla təmin olunması üçün maliyyə imkanları çərçivəsində mərhələli şəkildə işlər görüləcək. Hazırda bu istiqamətdə Hökumətin aidiyyəti qurumları yerli icra orqanları ilə müzakirələr aparır.

“Eyni zamanda, “İşğaldan azad olunmuş ərazilərdə qazlaşdırılma layihəsi” də paralel şəkildə həyata keçirilməkdədir”, – deyə Ə.Əsədov əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.