Ölkə üzrə 1400 müəllim işə qəbul üzrə onlayn müsahibələrdə iştirak edə bilər

“Cari tədris ilində mövcud vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrin təşkili mümkün olmayıb. Buna alternativ olaraq namizədlərlə onlayn müsahibələr barədə qərar qəbul etmişik”.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. O bildirib ki, onlayn müsahibələrdə iştirak etmək üçün namizədlərin şəxsi səhifələrinə təlimatlar yüklənib: “Müəllimlər dünən gecə saatlarından onlayn müsahibədə iştirakları barədə təsdiq mesajını göndərə bilirlər. Bu proses mayın 1-nə kimi davam edəcək. Hazırda ölkə üzrə müddətli müqavilə əsasında çalışan 1400 müəllim bu müsahibələrdə iştirak edə bilər”.

E.Bağırov qeyd edib ki, müsahibələrə ilkin mərhələdə Bakı şəhərində başlanılacaq: “Paytaxtda 300-ə yaxın belə müəllim var”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan Trampa məktubunda nə yazıb?

Sonrakı məqalə

Azərbaycanın MDB PA-da nümayəndə heyətinin yeni tərkibi