Ölkədə 6 ayda ÜDM 59,5 milyard manat olub

2024-cü  ilin  yanvar-iyun aylarında ümumi  daxili  məhsul (ÜDM) real ifadədə 4,3 faiz artıb, nominal ifadədə 59,5 milyard manat təşkil edib.

Azpost.info bildirir ki, bu barədə Maliyyə Naziriyinin 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir.

Qeyri-neft/qaz sektorunda 6,9 faizlik artım, neft-qaz sektorunda isəəsasən qaz hasilatının artması ilə bağlı 0,6 faizlik artım qeydə alınıb.

2024-cü ilin birinci yarısında adambaşına düşən ÜDM 3,8 % artaraq 5,8 min manat təşkil edib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.