Ölkədə işləyən və işsizlərin ümumi sayı 5 milyon 229 nəfərdir –Statistika Komitəsi

Bu ilin noyabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 299,8 min nəfər olub, onlardan 4 984,5 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 0,9%, məşğul əhalinin sayı isə 1,2% artıb.

Cari il oktyabrın 1-nə olan məlumata görə, ölkədə muzdla çalışan işçilərin sayı 1699,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,6 min nəfər, qeyri-dövlət sektorunda isə 795,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1667,6 min nəfər çalışıb.

Azpost.info bildirir ki, məşğulluğun meyarı heç olmasa həftədə bir saat iqtisadi əmək fəaliyyətilə məşğul olmaqdır. “İqtisadi fəal əhali” (işçi qüvvəsi) isə məşğul və işsiz əhalinin ümumi sayıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şabranda oğul anasını bıçaqlayıb

Sonrakı məqalə

Həbsdə ölən sabiq deputata hüquqi varis təyin edilib