Şabranda oğul anasını bıçaqlayıb

Noyabrın 13-ü 1974-cü il təvəllüdlü Gülbahar Xudaverdiyevanın Şabran rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şabran Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2001-ci il təvəllüdlü Asim Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülbahar Xudaverdiyevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Asim Xudaverdiyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bayden Çin rəhbəri ilə danışıb –

Sonrakı məqalə

Ölkədə işləyən və işsizlərin ümumi sayı 5 milyon 229 nəfərdir –