Ölkədə koronavirusa yoluxan xəstələrdən 49-u süni tənəffüs cihazına qoşulub

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8616-ya bərabərdir. Xəstələrdən 339 nəfəri reanimasiyadadır ki, onlardan da 49-u süni tənəffüs cihazına qoşulub.

Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, iyulun 11-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8045 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 560 min 356-ya çatıb.

Xatırladaq ki, iyulun 11-də Azərbaycanda koronavirus infeksiyasına daha 531 yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 23 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 14 min 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabirabada təzə təyin olunan prokuror koronavirusa yoluxdu

Sonrakı məqalə

Qobustanda güclü sel yolları dağıdıb-