“Ölkədə koronavirusdan ölüm və yoluxma çoxdur”- İran rəsmisi

Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi koronavirusdan ölən və yoluxanların sayının İran Səhiyyə Nazirliyinin verdiyi rəsmi rəqəmlərdən çox olduğunu bildirib.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, o, rəsmi rəqəmlərə söykənərək COVID-19 virusuna qarşı mübarizə tədbirlərinin yumşaldılmasından narahatlığını ifadə edib.

M.Haşimi belə olacağı təqdirdə ikinci dalğanın geniş vüsət alacağının gözlənildiyini vurğulayıb.

Qeyd edək ki, bu gündən İranda koronavirusa qarşı mübarizə tədbirləri yumşaldılıb, şəhərlərarası sərnişindaşıma və bəzi iş yerlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət başçısı:

Sonrakı məqalə

Ramazan ayının təqvimi açıqlanıb –