“Ölkədə toyuq dönərinə heç vaxt qadağa qoyulmayıb” –AQTA sədri

Toyuq dönərlərinə heç vaxt qadağa qoyulmayıb. Sadəcə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi toyuq dönərləri ilə bağlı xüsusi standartlar hazırlanmışdı”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Qoşqar Təhməzli deyib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv olunandan sonra artıq o standartlar könüllü xarakter daşıyır: “İstər toyuq dönəri, istərsə də ən dönərinin hazırlanmasında xüsusi sanitar-gigiyenik qaydalar var. Həmin sanitar-gigiyenik qaydalara da əməl olunmalıdır”.

AQTA sədri toyuq dönərlərinə heç vaxt qadağa qoyulmadğını da vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.