Bu ilin yanvar ayında Azərbaycana 3 milyon 428,77 min dollar dəyərində 2 min 145,18 ton süd və qaymaq idxal edilib.
Süd və qaymaq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 603,08 min dollar və ya 87,8%, miqdar ifadəsində isə 700 ton və ya 48,43% artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkəyə 1 milyon 825,69 min dollar dəyərində 1 min 445,18 ton süd və qaymaq idxal edilmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə idxal olunan süd və qaymağın 1 kiloqramının orta idxal qiyməti 1,60 dollar (təxminən 2 manat 72 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu göstərici 1,26 dollar (təxminən 2 manat 14 qəpik) idi. Bu da illik müqayisədə 0,34 dollar (təxminən 58 qəpik) və ya təxminən 27% artım deməkdir.