Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ölkənin bütün avtomobil yollarındakı son vəziyyət açıqlandı

User 11 Yanvar 2023 - 10:11 (Last updated: 21 May 2025 - 20:15)
yollar qarli

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.

Azpost.info məlumatı təqdim edir:

1 “ZƏFƏR yolu”: Zəif qar yağır, 8-10 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

2 Toğanalı – Kəlbəcər – İstisu: Zəif qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yol qardan təmizlənib, əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 15-20 dərəcə şaxta müşahidə olunur.

3 Bakı – Quba: Qar yağır, Quba və Qusar rayonları ərazisində 5-8 dərəcə şaxta var. Gecə boyu yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Xınalıq kəndi ərazisində 14 dərəcə şaxta var.

4 Giləzi – Xızı: Xızı rayonu ərazisində qar yağır. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülür. Xızı rayonu ərazisində 8-9 dərəcə şaxta var. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

5 Bakı-Qobustan: Qar yağır, Qobustan rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yol qardan təmizlənib, buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

6 Qobustan – Şamaxı – Muğanlı: Qar yağır, Şamaxı rayonu ərazisində 3-4 dərəcə dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, buz bağlamış sahələrə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

7 Muğanlı – Ağsu-Yevlax: Qar yağır, Muğanlı ərazisində 4 dərəcə şaxta var. Yolun-Ağsu hissəsində yol qardan təmizlənib, buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

8 Muğanlı – İsmayıllı: Qar yağır, 5-7 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi, mailliyi cox olan hissələrdə, körpülərdə və yolun meşə zolağından keçən hissələrində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

9 İsmayıllı – Qəbələ – Oğuz- Şəki: Marşrut boyu qar yağır, İsmayıllı rayonu ərazisində 4-5, Qəbələ rayonu ərazisində 3-4 və Şəki rayonu ərazisində 2-3 dərəcə şaxta var. Gecə boyu yolun qardan təmizlənməsi, körpülərdə və yolun meşə zolağından keçən hissələrində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

10 Yevlax – Şəki – Qax – Zaqatala: Şəki rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub

11 Şəmkir – Gədəbəy: Yağıntı yoxdur, hava dumanlıdır, Gədəbəy rayonu ərazisində 10-12 dərəcə, Şəmkir rayonu ərazisində 8-9 dərəcə şaxta var. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

12 Gəncə – Daşkəsən: Qar yağır, marşrut üzrə 13-17 dərəcə şaxta müşahidə olunur. Yol qardan təmizlənib, buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

13 Ələt – Astara: Yolun Ələt-Masallı hissəsində zəif qar, Lənkəran-Astara hissəsində güclü qar yağır. 1-2 dərəcə şaxta var. Yol qardan təmizlənib, sürüşkənliyə qarşı qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

14 Masallı – Yardımlı: Yardımlı rayonu ərazisində güclü qar yağır, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənib, sürüşkənliyə qarşı qum-duz səpilib. Hərəkət təmin olunub.

15 Lənkəran – Lerik: Qar yağır, Lerik rayonu ərazisində 8-9 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

16 Bakı – Ələt – Hacıqabul: Qar yağır, gecə saatlarından başlayaraq yol qardan təmizlənib, yolun sürüşkən sahələrinə, əsasəndə körpülərin hərəkət hissəsinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

17 Hacıqabul – Ucar – Yevlax: Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

18 Yevlax- Gəncə – Qazax: Zəif qar yağır, 0-5 dərəcə şaxta var, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

19 Hacıqabul – Bəhramtəpə – Horadiz: Hacıqabul rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Post navigation

Previous: Laçın-Xankəndi yolunda etirazların 31-cü GÜNÜ –
Next: Naxçıvanda 4 yaşlı balaca uşağa siqaret çəkdirən şəxs cəzalandı –

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.