Naxçıvanda 4 yaşlı balaca uşağa siqaret çəkdirən şəxs cəzalandı –DİN/FOTO

Sosial şəbəkələrdə azyaşlının siqaret çəkməsini əks etdirən görüntülər araşdırılıb.

Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.

Polis əməkdaşları tərəfindən həmin görüntülərin Naxçıvanın Şərur rayonu Xanlıqlar kənd sakini Mahmud Həsənov tərəfindən çəkilməsi müəyyən edilib.

Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 4 yaşlı bacısı oğlu ilə etdiyi hüquqazidd hərəkətlərə görə M.Həsənov polis orqanına dəvət edilib və barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Əvvəlki məqalə

Ölkənin bütün avtomobil yollarındakı son vəziyyət açıqlandı

Sonrakı məqalə

Naxçıvanın həbs edilmiş maliyyə naziri vəzifəsindən azad edildi