Omid mağazalar şəbəkəsindən şikayət- Çimdiyimiz yerdə kombi xarab oldu - VİDEO

Omid
Omid

Vətəndaşlardan biri Omid mağazalar şəbəkəsindən şikayətçidir. AzPost xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında video paylaşıb. Vətəndaş deyir ki, mağazadan aldığı kombi zəmanət müddəti bitməmiş sıradan çıxıb.

Aidiyyəti üzrə müraciət etdikdən sonra ona bildiriblər ki, kombi yuyulmalıdır və buna görə əlavə ödəniş etməlidir. Vətəndaş bununla razılaşıb. Lakin bir müddət sonra kombi yenidən işləməyib.

Bu dəfə isə bildiriblər ki, detal yanıb və dəyişməlidir. İddaya görə kombini don vurub. Vətəndaş isə deyir ki, cihaz qapalı şəraitdə olub.

Vətəndaş şirkətdən məhsulun geri qaytarılması və pulunun verilməsini tələb edir.

Ətraflı videoda:

Mağazalar şəbəkəsinin mövqeyini dərc etməyə hazırıq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.