Novxanıda istirahət mərkəzinin kombi sistemində partlayş olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, faktla əlaqədar dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.

FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əvvəlki məqalə

“Ordumuzun Türkiyə standartlarına uyğunlaşdırlması üçün zəruri addımlar atılır” –

Sonrakı məqalə

TƏBİB Xalq artisti Ənvər Həsənovun səhhəti ilə bağlı məlumat yaydı