On ayda ölkəyə 68 min minik avtomobili gətirilib –Gömrük Komitəsi

Yanvar-oktyabr aylarında Azərbaycana 744 milyon 379 min ABŞ dolları dəyərində 72 min 902 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 186-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 68 min 24-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 4571-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 121-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir