“Parlamentin internet televiziyasını yaratmalıyıq”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, parlamentdə olan partiyaların nümayəndələrinin debatını həmin televiziyada təşkil etmək mümkündür: “Milli Məclisin fəaliyyəti ilə bağlı qərəzli fikirlər söylənilir. Elə məsələlər var ki, Milli Məclisin səlahiyyətinə daxil olmasa da, bunu parlamentin adı ilə bağlamağa çalışırlar. Bu kimi halların qarşısını almaq üçün Milli Məclisin internet televiziyasını yarada bilərik. Bununla öyrədilmiş insanların böhtanının qarşısını ala bilərik”.
Deputat bildirib ki, yanvar ayına qədər hərbçilərin maaşı kəsilə bilməzdi: “Burada problem yaranıb. Çünki bu məsələ müharibədən əvvəl öz həllini tapmış məsələdir. Yanvara qədər bu verildikdən sonra yeni dislokasiyaya ehtiyac yarana bilər. Ön cəbhədə olan hərbçi ilə Bakıda oturan hərbçi eyni maaşı ala bilməz. Bu, dünya təcrübəsində də belədir. Bizim qalib hərbçilərimiz təltif olunmalıdır. Verilən açıqlamada hansısa qanunun maddəsi ilə əlaqələndirməyə çalışdılar, bu, səhvdir. Bu, icra mexanizmidir”.