Milli Məclisin İntizam Komissiyasının tərkibi müəyyənləşib

Milli Məclisin İntizam komissiyasının yeni tərkibi müəyyənləşib.

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının  yenidən təşkil edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq, bir oxunuşda qəbul edilib. Bununla, Milli Məclisin İntizam Komissiyasının yeni tərkibi müəyyənləşib.

Komissiyaya deputatlar Fəzail Ağamalı, Nurlan Həsənov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Səttar Möhbalıyev, Madər Musayev, Nizami Səfərov daxildir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ön cəbhədə və Bakıda xidmət edən hərbçilər eyni maaşı ala bilməz” –

Sonrakı məqalə

Humay Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi təyin edilib